Kataloq
FAQ
Haqqımızda
Əlaqə
RU
Sifariş
Çatdırılma haqqında
Şəhərin istənilən nöqtəsinə çatdırılma pulsuzdur. Sifarişi qəbul edərkən məhsulu yerindəcə yoxlaya bilərsiniz – bəyənməsəniz, heç bir ödəniş etməyə ehtiyac yoxdur. Sifarişiniz tez və rahat şəkildə birbaşa ünvanınıza çatdırılacaq. Rahatlığınız və keyfiyyət – bizim əsas prioritetimizdir.
Ödəniş üsulları
Sifarişinizi sizin üçün rahat olan üsulla ödəyə bilərsiniz: sifariş zamanı saytda, yaxud çatdırılma zamanı nağd və ya kartla.
Eynəklər nədən hazırlanıb?
Çərçivələrin hazırlanmasında qoz ağacı və evkalipt ağacı istifadə olunur. Əvvəlcə lazer ilə ağacdan hissələr kəsilib, əl ilə birləşdirilir və emal edilir. Daha sonra çərçivələr birqatlı təbii yağlarla örtülərək zəngin rəng çaları və əlavə davamlılıq qazanır.
Eynəklər gözləri günəşdən nə dərəcədə qoruyur?
Linzalar son dərəcə möhkəm və intensiv-mexaniki təsirlərə malik triasetat-sellülozadan ərsəyə gəlir və quruluşu etibarı ilə ultrabənövşəyi orta dalğalardan 100% qoruma təmin edir.
Eynəklər dözümülüdür?
Tətbiq etdiyimiz texnoloji proses ağacdan ərsəyə gətirdiyimiz çərçivəni fiziki təsirlərə qarşı tam hazırlayır. Həmçinin hər bir istehsal mərhələsində bütün detalları xüsusi diqqətlə sınaqdan keçiririk və nəticədə etibarlı, yüksək davamlılığa malik eynəklər əldə edirik. Elə buna görə də eynəklərimiz mövsümi aksesuardan daha çox, uzun illər sizinlə olacaq tərəfdaşınıza çevrilir.
Saatlar necə hazırlanır?
Hər bir Renny saatı unikallığı ilə seçilir.
Çünki hər birini özümüz, həm də yüksək keyfiyyəti ilə seçilən ağaclardan hazırlayırıq. Məhz əsl ağaclarla işlənməsi saatlarımızın ruhuna təbiilik, görünüşünə özünəməxsusluq verir. Bütün bunların sayəsində isə sizə sözün həqiqi mənasında uzun zaman xidmətinizdə olacaq, həmin heyranedici saatı təqdim edə bilirik.
Saatlar haqqında məlumat
Saatlarımız haqqında məlumat:
1. Korpusu çarpaz montaj modulu sayəsində çox dayanıqlıdır.
2. Hər bir detalında keyfiyyətli məhsullardan istifadə edirik.
3. İstehsal prosesini nəzarət altında saxlayır, tənzimləyir və bütün mərhələlərdə sürətləri nəzərdən keçiririk.
4. Hipoallergik dəridən hazırlanmış kəmərlər etibarlı və rahat bağlama sistemi sayəsində qolunuza rahat oturur.
©
RENNY BAKU