Eynəklər nədən hazırlanır?
Çərçivələrin hazırlanmasında qoz ağacı istifadə olunur. Əvvəlcə lazer ilə ağacdan hissələr kəsilib, əl ilə birləşdirilir və emal edilir. Daha sonra çərçivələr birqatlı təbii yağlarla örtülərək zəngin rəng çaları və əlavə davamlılıq qazanır. Linzalar isə son dərəcə möhkəm və intensiv-mexaniki təsirlərə malik triasetat-sellülozadan ərsəyə gəlir. Eyni zamanda proses boyunca yüksək keyfiyyətli, nikel örtüklü aksesuarlardan istifadə edirik.
Eynəklər həqiqətən günəşdən qoruyur?
Linzalarımız quruluşu etibarı ilə ultrabənövşəyi orta dalğalardan 100% qoruma təmin edir. Həmçinin taxta çərçivə sayəsində eynək ümumilikdə yüngül olur, burun körpüsünə daha az təzyiq göstərir və taxarkən, demək olar ki, hiss edilmir. Beləliklə, gözləriniz rahatlıqla və etibarlı şəkildə qorunur.
Eynəklər dözümülüdürmü?
Tətbiq etdiyimiz texnoloji proses ağacdan ərsəyə gətirdiyimiz çərçivəni fiziki təsirlərə qarşı tam hazırlayır. Həmçinin hər bir istehsal mərhələsində bütün detalları xüsusi diqqətlə sınaqdan keçiririk və nəticədə etibarlı, yüksək davamlılığa malik eynəklər əldə edirik. Elə buna görə də eynəklərimiz mövsümi aksesuardan daha çox, uzun illər sizinlə olacaq tərəfdaşınıza çevrilir.